Günün ən çox maraqla gözlənilən görüşləri A qrupda oynanılacaq. Bu qrupda növbəti mərhələyə və pley-offa adlayan komandların adları keçiriləcək qarşılaşmalardan sonra müəyyənləşəcək. İlk pillədə qərarlaşan Fransa evdə Belarusu qəbul edəcək. Rusiyaya birbaşa yollanmaq üçün xoruzlar qrupdakı digər oyunun nəticəsindən asılı olmayaraq mütləq qalib gəlməlidirlər.
Qrupun digər bir maraqlı görüşündə muniala qatılmaq şansları olan Niderland və İsveç milliləri üz-üzə gələcək. 19 xalı olan skandinavlar heç-heçə edəcəyi təqdirdə ən azı pley-offa vəsiqə əldə edəcək. Meydan sahibləri narıncıları isə növbəti mərhələyə ancaq bol qollu qələbə daşıyacaq.
Eyni qrupda çıxış edən Luksemburq və Bolqarıstan yığmalarının dueli isə formal xaratakter daşıyır.
B qrupunda ən çox diqqət Portuqaliya – İsveçrə görüşünə yönələcək. Son Avropa çempionlarını 3 xal qabaqlayaraq ilk sırada yer alan isveçrəlilər səfərdən sərfəli nəticəylə dönərək Rusiyaya bileti təmin etmək niyyətindədi. Prineylilər də qələbə qazanmaqla qrupu lider kimi başa vurmaq istəyirlər.
Bu qrupun digər görüşlərində Macarıstan Farer adalarını, Latviya Andorranı sınağa çəkəcək.
H qrupnda isə lider bir neçə tur öncədən bəlli olduğundan yalnız ikinci yer uğrunda mübarizə gedir. Doğma meydanda Cəbəllütariqi qonaq edəcək Yunanıstannın zəif rəqibi qarşısında büdrəcəyi inandırıcı görünmür. Pley-offa iddia edən Bosniya və Hersoqovina isə Estoniya səfərində qalib gəlməlidi.
Qrupu lider kimi tamamlayan Belçikayla Kiprın görüşü isə heç bir əhəmiyyət kəsb etmir.
Seçmə mərhələnin son oyun günü bütün qarşılaşmalar Bakı vaxtilə 22:45-də başlayacaq.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası
X tur
A qrupu
22:45. Hollandiya - İsveç
22:45. Fransa - Belarus
22:45. Lüksemburq – Bolqarıstan
1. |
Fransa |
9 |
6 |
2 |
1 |
16:5 |
20 |
2. |
İsveç |
9 |
6 |
1 |
2 |
26:7 |
19 |
3. |
Hollandiya |
9 |
5 |
1 |
3 |
19:12 |
16 |
4. |
Bolqarıstan |
9 |
4 |
0 |
5 |
13:18 |
12 |
5. |
Belarus |
9 |
1 |
2 |
6 |
5:19 |
5 |
6. |
Lüksemburq |
9 |
1 |
2 |
6 |
7:25 |
5 |
B qrupu
22:45. Portuqaliya - İsveçrə
22:45. Macarıstan - Farer adaları
22:45. Latviya – Andorra
1. |
İsveçrə |
9 |
9 |
0 |
0 |
23:5 |
27 |
2. |
Portuqaliya |
9 |
8 |
0 |
1 |
30:4 |
24 |
3. |
Macarıstan |
9 |
3 |
1 |
5 |
13:14 |
10 |
4. |
Farer Adaları |
9 |
2 |
3 |
4 |
4:15 |
9 |
5. |
Latviya |
9 |
1 |
1 |
7 |
3:18 |
4 |
6. |
Andorra |
9 |
1 |
1 |
7 |
2:19 |
4 |
H qrupu
22:45. Yunanıstan - Cəbəllütariq
22:45. Estoniya - Bosniya və Herseqovina
22:45. Belçika - Kipr
1. |
Belçika |
9 |
8 |
1 |
0 |
39:6 |
25 |
2. |
Yunanıstan |
9 |
4 |
4 |
1 |
13:6 |
16 |
3. |
Bosniya və Hersoqovina |
9 |
4 |
2 |
3 |
22:12 |
14 |
4. |
Estoniya |
9 |
3 |
2 |
4 |
12:17 |
11 |
5. |
Kipr |
9 |
3 |
1 |
5 |
9:14 |
10 |
6. |
Cəbəllütariq |
9 |
0 |
0 |
9 |
3:43 |
0 |
Orxan Cəfərzadə
- Baxış: 431