Bu günə xəbərlərin oxunma sayı: 1497
— 10.10.2017 14:00

Avtomobil maneəyə çırpıldı

KepezTV Player

Abşeron rayonunda ağır yol qəzası baş verib. Hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb. Sumqayıtdan paytaxt istiqamətində hərəkətdə olan Mercedes markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol ayrıcında olan işıq dirəyinə çırpılıb. Xəsarətlər alan sürücü hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Əraziyə polis əməkdaşları cəlb olunub. Avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla əlaqədar araşdırmalar aparılır.