• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1238
— 10.10.2017 14:05

Sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşdu, yaralılar var

KepezTV Player

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 127-ci kilometliyində, Şamaxının Meysəri kəndi ərazisində qeydə alınıb. Şəki sakini, 60 yaşlı Məhəmmədiyyə Mustafayevin idarə etdiyi “Ford” markalı sərnişin mikroavtobusu qarşı tərəfdən gələn Şamaxı sakini Bayram Rəsulova məxsus “Mersedes” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən  mikroavtobus yoldan çıxaraq aşıb. Hadisə zamanı mikroavtobusdakı sərnişinlər-Şəki sakinləri 31 yaşlı Günay Rəsulzadə, 21 yaşlı Nicat Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə iki təcili yardım avtomobili cəlb olunub, xəsarət alanlara yardım göstərilib. Mikroavtobusda 20 nəfər sərnişinin olduğu bildirilir.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.