Bu günə xəbərlərin oxunma sayı: 1494
— 10.10.2017 10:30

Firefly aksessuarı İsveçrə bıçağını alışqana çevirir

Fərqli kiçik alətlərlə təchiz olunmuş İsveçrə istehsallı hərbi bıçaq həm şəhər, həm də təbiətdə populyarlıq qazanıb. Ancaq bu bıçağın çatışmazlıqlarından biri onunla od əldə eləməyin mümkün olmamasıdır. Bu boşluğu aradan qaldırmaq üçün Amerikanın Tortoise Gear startapının yaradıcıları bıçaq üçün Firefly adlı xüsusi aksessuar hazırlayıblar. Firefly kiçik çubuq formasında çaxmaq daşıdır və diş təmizləyici böyüklüyündədir. Od əldə etmək üçün alətin sahibi Firefly-i bıçaqdan çıxarmalı və bıçağın digər alətlərinə sürtməlidir. Yaranan qığılcımla ocaq və manqal yandırmaq olar. Firefly-in başlığı qaranlıqda işıq saçır ki, bu da bıçağı tapmağa kömək edir. Hələlik Firefly üçün Kickstarter saytında maddi vəsait toplanır. 28 min dollar pul yığılsa, aksessuarın kütləvi istehsalına başlanacaq. Hər şey yolunda gedərsə, ilk çatdırılmalar yanvar ayında baş tutacaq. Ona komplekt şəkildə 14 dollar qiymət qoyulub.