• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1806
— 10.10.2017 10:29

Məşhur avtoyarışçı yeni Hoonicorn V2 avtomobilini sınaqdan keçirdi

Avtoyarışçı və kaskadyor Ken Blok özünün yeni 1400 at güclü Hoonicorn V2 kupe avtomobilini sınaqdan keçirib. O, hətta bununla bağlı videoçarx hazırlayaraq paylaşıb. Testləri şərh edən pilot bildirib ki, maşın çox qorxuludur və Toyo şinləri belə gücə malik tam ötürücülü kupenin öhdəsindən gələ bilmir. Klassik Mustanq stilində ərsəyə gələn Hoonicorn V2 2016-cı ilin payızında peyda olmuşdu. Maşın 6.7 litrlik bir cüt Garrett turbinli V8 motor və metanol inyeksiyalı sistemlə işləyir.