Bu günə xəbərlərin oxunma sayı: 1019
— 09.10.2017 15:01

Fermerlərin əldə etdikləri texnikalara yerində texniki xidmət həyata keçiriləcək

KepezTV Player

Fermerlərin əldə etdikləri texnikalara texniki xidmət yerində həyata keçiriləcək. Bu Azərbaycanda istehsal olunan Belarus markalı traktorlara və avadanlıqlara şamil ediləcək. Ölkənin yeganə kənd təsərrüfatı texnikalarının istehsalçısı Gəncə Avtomobil Zavodu ilə Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti yeni layihəyə start verib.

Servis qapıya gəlir, yeni lahiyə məhz belə adlanır. Adından da məlum olduğu kimi Gəncədə istehsal edilən texnikalara xidmət yerlərdə, yəni istismar olunduğu rayon və kəndlərdə həyata keçiriləcək. Aqrolizinq ASC zavodun istehsal etdiyi texnikaların ən böyük sifarişçisi olduğundan servis yalnız zəmanətlə satılan yeni texnikalara şamil edilir.

Vahid Məmmədov - Gəncə Avtomobil Zavodu İB-nin baş mühəndisi: "Bu günkü günə qədər biz istehsal etdiyimiz traktorların hər birinə servis xidməti göstəririk. Lakin yeni layihədə servis xidməti qapıda layihəsində biz aqrolizinqin nümayəndəsi ilə bərabər qapılarda monitorinq keçirərək bütün traktorlara baxış keçirərək onlara xidmət göstərərik".

3 il və ya 100 min kilometr saat müddətinə zəmanət verilən texnikalara göstərilən bütün texniki servis, eləcə də dəyişdirilən ehtiyyat hissələri ödənişsiz həyata keçirilir.

Mütalib Əliyev - Aqrolizinq ASC-nin texniki xidmət şöbəsinin müdiri: "Ehtiyyat hissələrinin əldə olunması ilə əlaqədar onu deyə bilərəm ki, Gəncə Avtomobil Zavodunun nəzdnində ehtiyyat hissələrinin satışı ilə məşğul olan mağaza fəaliyyət göstərir. Daima aqrolizinq olaraq biz onlarla əməkdaşlıq edirik, fermerlərə lazım olan ehtiyyat hissələri istənilən anda onlara çatdırılmasını təmin edirik".

Bu günədək Aqrolizinq-in xətti ilə Gəncə avtozavodunda yığılan 7 mindən çox traktor güzəştli şərtlərlə fermerlərə satılıb.

 

Elton Cabbarlı