• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1379
— 09.10.2017 13:09

Oğurluq qızılları banka girov qoyan gənc saxlanıldı

KepezTV Player

Oğurladığı qızılları pula elə çevirdi ki, bəlkə əksəriyyətinin yuxusuna belə girməz. Özü də cəmi 1 saata. Şəmkir polisinin saxladığı gəncin kimliyi və əməlini ekrana bir qədər yaxın olmaqla biləcəksiniz. 

Şəmkir rayon sakini Zinyət Hüseynli rayon polis şöbəsinə müarciət edərək sentybar ayının 6-da yaşadığı mənzildə cinayət törədildiyini bildirib. Zərərçəkənin ifadəsini yerində yoxlayan əməliyyat istintaq qrupu mənzildən 5 min manat dəyərində qızıl-zinyət əşyalarının naməlum şəraitdə oğurlandığını sübuta yetiriblər. Əməliyyat axtarış tədbirlərinə başlayan polis oğurluğu 27 yaşlı rayon sakini Şiraslan Həsənovun törətdiyini müəyyən ediblər.

Elvin Gözəlov - müstəntiq: “Həsənov Şiraslan Vidadi oğlu 03 oktyabr 2017 ci il tarixdə Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutularaq istintaqa təqdim olunub”.

Şöbədə dindirilən şübhəli zərərçəkənin evinə pəncərədən daxil olduğunu etiraf edib. Çağrılmayan qonaq əldə etdiyi qəniməti elə həmin gün banka girov qoyub 1000 manat nəğd pul götürüb.  

Şiraslan Həsənov - saxlanılan şəxs: “Aynadan içəri daxil oldum. Birinci otağa girib axtardım heç nə çıxmadı. İkinci otaqda döşəyi qaldırıb  altına baxdım heç nə olmadı. Sandığa baxanada qızılları tapdım. Götürüb pəncərədən də çıxdım. Küçənin ayağına çatana yaxın qaça-qaça getdim”.

Artıq Şiraslan Həsənovun oğurluq yolla əldə etdiyi qızıl-zinyət əşyaları yerli məhkəmənin qərarı ilə girov qoyulan bankdan götürülərək maddi sübut kimi ekspertizaya təqdim olunub. Günahı tam sübuta yetirlərsə 27 yaşlı gənc ömrünün bir neçə ilini dəmir barmaqlıqlar arxasında keçirəcək.

 

Natiq Hüseyn