• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2066
— 09.10.2017 12:50

Narkotik istifadəçisinin oğurluq etdiyi də məlum oldu

KepezTV Player

Şəkidə narkotik vasitə istifadəçisi saxlanılıb. Araşdırmalaradan sonra həmin şəxsin bir neçə evdən oğruluq etdiyi də üzə çıxıb.

Şəki polisinin keçirdiyi əməliyyat nəticəsində rayon sakini Mənəfzadə Fərid Ələsgər oğlu saxlanılıb. Axtarış zamanı onun üzərindən 4 büküm, 0,254 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı məlum olub ki, Fərid Mənəfzadə bir neçə evdən oğurluq da edib.

Faktla bağlı Şəki ŞRPŞ-nin istintaq bölməsində Azərbaycan Respublikası cinayət məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə cinayət işi başlanılıb. Qeyd edilən maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilən Fərid Mənəfzadənin barəsində Şəki rayon məhkəməsinnin qərarı ilə 3 ay həbs qəti imkan tədbiri seçilib.

 

Zülfiyyə Telmanqızı