• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1093
— 09.10.2017 10:02

Google rəsmi olaraq Pixel 2, Pixel 2 XL və Pixelbook noutbuku təqdim etdi

Google şirkəti rəsmi şəkildə Pixel 2 və Pixel 2 XL flaqman Android smartfonlarını, eləcə də güclü Pixelbook noutbukunu təqdim edib. Gözlənildiyi kimi Pixel 2 1080*1920 pikselli 5 düymlük 16:9 ekran əldə etdiyi halda, Pixel 2 XL-in 6 düymlük 1440*2560 pikselli 18:9 displeyi var. Hər iki smartfon barmaq izlərini tanıyan skanerə və 4 Qb operativ yaddaşa yiyələnib. Qualcomm Snapdragon 835 prosessoru ilə işləyən aparatların əsas yaddaşı isə Pixel 2-də 64, Pixel 2 XL-də isə 128 Qb-dır. Mobil cihazların 12 meqapiksellik əsas kameralarını Google dünyanın ən yaxşı kamerası adlandırır. Selfi üçün göstəricisi isə 8 Mp-dir. Smartfonlar real vaxtda və görüntülərdə olan obyektləri tanıyan proqrama da malikdir. iPhone-nun ən son modelləri kimi “piksellər”in də qulaqcıqlar üçün 3,5 millimetrlik dəliyi, həmçinin sudan və tozdan qoruyan üzlüyü mövcuddur. Aparatlar Assistant köməkçisini və real vaxtda ikitərəfli tərcüməni dəstəkləyir. 64 Qb-lıq Pixel 2 649 dollar, 128-lik isə 749 dollardır. Analoji versiyalar Pixel 2 XL-də isə müvafiq olaraq 849 və 949 dollar dəyərindədir. Pixel 2 bu ay ərzində, Pixel 2 XL isə noyabrda bazara çıxarılacaq. Hələlik Google smartfonlarını ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Hindistan və Avstraliyada almaq mümkün olacaq. 

 

Cavanşir Məmmədzadə