• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1536
— 07.10.2017 14:15

Şəmkirdə təhsil işçilərinin toplantısı keçirilib

KepezTV Player

Şəmkir Heydər Əliyev mərkəzində təhsil işçilərinin növbəti toplantısı keçirilib. Rayonda təhsilin bu günki vəziyyəti, əldə olunan naliyyətlədən danışılan görüşdə pedaqoqların iş şəraitinin yaxşılaşdırılması üçün yaradılan şərait və müəllim əməyinə verilən qiymət yüksək dəyərləndirilib. Əsas müzakirə mövzusu isə gənc kadrlara yaradılan şərait olub. Bu il Şəmkirə Təhsil Nazirliyi tərəfindən 100-ə yaxın gənc müəllim göndərilib və məktəblərdə işə başlayıb. Rayonda “Gənc müəllimlər birliyi”nin fəaliyyəti yüksək qiymətləndirilib. Son illər ərzində Şəmkirdə 10 müəllim “Tərəqqi” medalına, 16 pedaqoq isə əməkdar müəllim adına layiq görülüb. Bu il daha iki nəfər - Sevda Həsənova əməkdar müəlllim, Gülbəniz Əhmədova isə “Tərəqqi” medalı ilə mükafatlandırılıb. Toplantıda uğurlarla yanaşı buraxılan nöqsanlar da təhlil edilib və müvafiq tövsiyyələr verilib.

Natiq Hüseyn