KepezTV Player
Goranboyun Kələk kəndində yol qəzası baş verib.Hərəkətdə olan “VAZ 2101” və “VAZ 2106” markalı avtomobillərin toqquşması nəticəsində ikisi uşaq olmaqla 6 nəfər xəsarət alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan uçünün vəziyyəti normal, bir nəfərin - 25 yaşlı Gülnar Əmrahovanın vəziyyəti isə orta-ağırdır. Uşaqlar müalicə üçün 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına göndəriliblər. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 471