Bu gün Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-pri turnirinə start veriləcək. Yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı tatamiyə çıxacaq. Kişilər arasında 60 kq-da güləşən Vüqar Şirinlinin ilk görüşü 1/4 finala təsadüf edəcək. Təmsilçimiz Türkmənistan idmançısı Suşrob Boqiyevlə üz-üzə gələcək. 66 kq çəkidə çıxış edən Orxan Hacıağalı isə mübarizəyə 1/8 finaldan başlayacaq. Həmyerlimiz monqolustanlı Altansuh Dovdonla gücünü yoxlayacaq.
Yığmamız Qran-priyə 5 cüdoçu ilə yollanıb.
Orxan Cəfərzadə
- Baxış: 485