Yaponiya şirkəti Honda insana bənzər robot-xilasedici nümayiş etdirib. E2-DR adlı prototip 2015-ci ildə təqdim olunmuş Asimo robotunun təkmilləşdirilmiş versiyasıdır. Əvvəlki kimi nərdivana çıxmaqdan başqa yeni robot adi pilləkənlərdən qalxa, maneələr üzərindən addımlaya, dar keçidlərdən keçə və düz olmayan yerdə gəzə bilir. İki ayaqda ən sürətli gedişi 4 km/saat, 4 ayaqda isə 2,3 km/saat sürət təşkil edir. Analoji robot -10 dərəcədən 40 dərəcəyədək temperatura dözür və ara vermədən 20 dəqiqə leysan yağışı altında işləyə bilir. Bir neçə kamera ilə təchiz olunan robot 168 sm hündürlükdədir. Ən enli hissəsi isə 25 sm-ə bərabərdir. Hazırda mühəndislər E2-DR robotunu daha da mükəmməlləşdirməyə çalışırlar. Əsas məqsəd onu daha təhlükəli xilasetmə işlərinə hazırlamaqdır.
Cavanşir Məmmədzadə
- Baxış: 522