• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2476
— 06.10.2017 09:12

Gədəbəydə kişi keçmiş arvadını qətlə yetirib

KepezTV Player

Gədəbəy sakini keçmiş həyat yoldaşını qətlə yetirib. Hadisə rayonun Arıqdam kəndində baş verib. Kənd sakini 29 yaşlı Fariz Muxtarov 2 il əvvəl boşandığı həyat yoldaşı, həmyaşıdı Mətanət Muxtarovanın başını kəsib və hadisə yerindən qaçıb. Qətl qadının atası evində törədilib. Onların iki azyaşlı övladı var. Hazırda hüquq-mühafizə orqanları Fariz Muxtarovun saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir. Faktla bağlı cinayət işi açılıb. Məlumata görə, hadisəni törədən kişinin atası və qardaşı da hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayır.

Elton Cabbarlı