• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1473
— 05.10.2017 20:30

İki avtomobil toqquşdu, 2 nəfər yaralandı

KepezTV Player

Goranboy rayonunda yol qəzası baş verib.  Hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.  Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil  digər maşınla toqquşub. Qəza zamanı Xan Qərvənd kənd sakinləri 51 yaşlı Sirəddin Həsənov və 50 yaşlı Asif Məhərrəmov  müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə aparılıblar. Onlara tibbi yardım göstərilib, vəziyyətləri normal olduğu üçün ambulator müalicəyə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.