• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1977
— 05.10.2017 15:40

Gəncəli pedaqoq “Əməkdar müəllim” adı alıb

KepezTV Player

Gəncə şəhər 4 nömrəli tam orta məktəbin direktoru Əliağa Səfərəliyev bu il “Əməkdar müəllim” adı alan pedaqoqlar sırasına daxil edilib. 34 il əvvəl Ağdaş rayonunda  pedoqoji fəaliyyətlə başlayan Əliağa müəllim, sonra ailə vəziyyəti ilə bağlı Gəncəyə köçüb, şəhərin müxətlif orta məktəblərində çalışıb. Şagirdlərə Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyib. Əliağa Səfərəliyev 7 ildir 4 nömrəli məktəbin direktorudur. O, bu tədris ocağına rəhbərlik etməklə yanaşı, öz pedoqoji fəlaiyyətini də davam etdirir. Hər gün sinif otağına daxil olaraq, şagidlərə ana dilimizin incəliklərini öyrədir, Azərbaycan ədəbiyyatının incilərindən söz açır.