KepezTV Player
Beynəlxalq müəllimlər günü Goranboy rayon təhsil işçilərini də bir araya toplayıb. Bu günədək rayonda 5 müəllim tərəqqi medalı ilə təltif edilib, 5 nəfər isə əməkdar müəllim adına layiq görülüb. Təhsilin inkişafında göstərdikləri xidmətə görə, bu il bir müəllim Təhsil nazirliyinin, 3 müəllim isə rayon icra hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub. Vurğulanıb ki, rayon üzrə fəaliyyət göstərən 3000 nəfərlik pedaqoji heyət bundan sonra da şagirdlərin bilikli və Vətəni üçün layiqli vətəndaş kimi yetişmələrində əllərindən gələni əsirgəməyəcək. Sonda fəaliyyəti ilə seçilənlərə xatirə hədiyyələri təqdim olunub.
- Baxış: 616