Bu günə xəbərlərin oxunma sayı: 1031
— 05.10.2017 15:44

Göygöldə təhsil sahəsində fərqlənən müəllimlər mükafatlandırılıb

KepezTV Player

Göygöldə isə 50 ümumtəhsil məktəbində 9 mindən çox şagirdə 1600 müəllim dərs deyir. Bu il ölkə prezidentinin sərəncamı ilə onlardan biri -3 saylı tam orta məktəbin müəllimi Gülnarə Mustafayeva əməkdar müəllim adına layiq görülüb. Son 4 ildə isə 4 nəfər əməkdar müəllim, 6 nəfər “Tərəqqi” medalı ilə təltif edilib, 4 müəllim müsabiqə qalibi olub, daha 4 nəfər Təhsil Nazirliyinin fəxri diplomu ilə mükafatlandırılıb. Müəllimlər günü ilə əlaqədər baş tutan tədbirdə təhsilə göstərilən dövlət qayğısının təzahürü olaraq rayonun müxtəlif kənd və qəsəbələrində 20-dən çox yeni məktəb binasının inşası xüsusi vurğulanıb. Təhsilin inkişafına töhfə verən müəllimlərə hədiyyələr təqdim olunub.