• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 05.10.2017 16:43

Niderland Krallığının Azərbaycandakı səfiri Gəncədə qarşılıqlı əlaqələrdən danışıb

KepezTV Player

Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Onno Kervers Gəncəyə səfər edib. Səfər çərçivəsində xarici diplomat şəhər icra hakimiyyətini başçısı Elmar Vəliyevlə görüşüb. İki dövlət arasında mövcud olan əlaqələrə nəzər salınıb. Qeyd olunub ki, Azərbaycanla Niderland arasında siyasi, iqtisadi və mədəni əlaqələr 1991-ci ildən mövcuddur. Səfir Onno Kervers Gəncəyə səfəri çərçivəsində bölgənin kənd təsərrüfatı resursları ilə yaxından maraqlandığını qeyd edib. Diplomat Azərbaycanın inkşaf edən kənd təsərrüfatı ilə texniki və elmi əməkdaşlıqda da maraqlı olduqlarını vurğulayıb. Bu məqsədlə sabah Azərbaycan Dövlət Aqrar Universitetində görüşlərin keçirilməsi də planlaşdırılır.

Onno Kervers Niderland Krallığının Azərbaycandakı səfiri: Gəncəyə ilk dəfədir ki, səfər edirəm. Bildiyiniz kimi Hollandiya kənd təsərrüfatı sahəsində geniş potensilal və təcrübəyə malikdir.Biz bunları Azərbaycanla Gəncəylə bölüşmək isyətirik. Səfəri gəlcəkdə bölgəyə daha tez-tez gəlməyimə zəmin yaradacaqdır.