• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2015
— 05.10.2017 14:53

Gəncəli basketbolçu Amil Həmzəyev yenidən legioner həyatı yaşayacaq

KepezTV Player

Həmzəyev Ukraynada çıxış edəcək. 27 yaşlı mərkəz oyunçusu bu ölkənin yüksək liqa klubu olan “Kremen” ilə nikahını təzələyib. 2016-cı ildə ilk dəfə karyerasında legioner həyatı yaşayan basketbolçu Kremençuk komandası ilə mövsümün sonunda başa çatan müqaviləsini daha bir il müddətinə artırıb.

Həmzəyev mövsümlərarası fasilədə  bir sıra ölkələrdən təkliflər alıb. Onu Gürcüstan və Polşa klubları da heyətində görmək istəyib. Amma basketbolçu Ukrayna variantına üstünlük verib.

Ukrayna çempionatının ortabab klublarından sayılan “Kremen” ötən mövsüm mükafatçılar sırasına düşə bilməyərək 5-ci olub. Qısa vaxtda klubun liderinə çevrilməyi bacaran həmyerlimiz isə dəfərlərlə turun simvolik komandasına düşüb, “Ulduzların oyunu”nda iştirak edib.

Amil Həmzəyev bu il Bakıda keçirilən IV İslam Həmrəyliyi oyunlarının qızıl mükafatçısı olub. O, kişilərdən ibarət yığma komandamızın heyətində basketbolun 3-ə 3 növü üzrə İslamidadanın qalibi adını qazanıb. 

Azad Rəfi