Bu günə xəbərlərin oxunma sayı: 1301
— 05.10.2017 15:50

Üzgüçümüz Dohada qalib oldu

Qətərin paytaxtı Dohada üzgüçülük üzrə dünya kuboku keçirilir. Asiya ölkəsindəki mübarizələrdə iştirak edən təmsilçimiz Maksim Şemberev uğurlu çıxış edərək yarışın qalibi olub. Şemberev Cənubi Afrika Respublikası, Macarıstan və Rusiyadan olan idmançıları üstələməklə dünya kubokuna yiyələnib. Üzgüçümüz 400 metr məsafəyə kompleks üzməkdə rəqib tanımayıb.

Orxan Cəfərzadə