• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 982
— 05.10.2017 13:47

Oğurluq hadisələrinin üstü açılıb

KepezTV Player

Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsinin üstü açılıb. Sentyabrın 6-da rayon ərazisindəki evlərdən birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Şiraslan Həsənov tutulub. Yasamal RPİ 26-cı PB əməkdaşları isə oktyabrın 3-də 3 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Kənan Cəfərli və Fərid Dadıxanı saxlayıblar. Faktlar araşdırılır.