• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1298
— 03.10.2017 10:42

Video zəngi dəstəkləyən “ağıllı” zəngli saat təqdim olundu

Amazon şirkəti Echo Spot adlı smart zəngli saat hazırlayıb. Aparat 2,5 düymlük ekran və daxili kamera ilə təchiz olunub. Hibridli zəngli saat həmçinin videoəlaqəni dəstəkləyir və müxtəlif servislərdən musiqi dinləməyə imkan verir. Səslər isə daxili dinamiklərdən çıxır. Echo Spot müştəriləri birdən-birə bu aparatın bir neçə qurğusunu da əldə edəcəklər. Amazonun bu yeni “ağıllı” zəngli saatı ABŞ-da sifariş üçün açıq elan olunub. Bazara çıxarılma vaxtı isə dekabra təyin edilib. Echo Spot-un qiyməti 130 dollardır.