• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 890
— 03.10.2017 10:20

Dəbdəbəli yeni Bentley Continental GT peyda oldu

Yeni nəsil lüks-kupe Continental GT artıq virtual olaraq təqdim olunub. Bentley rəsmilər isə bu virtuallığı reallığa çeviriblər. O, canlı şəkildə də həqiqətən dəbdəbəli görsənir. “Kontinental” 2003-cü ildən buraxılırdı və indiyəqər hər hansıda ciddi dəyişikliyə məruz qalmamışdı. İstehsalçılar isə intizara son qoyaraq tamamilə yeni maşın ərsəyə gətiriblər. Çox harmonik görünüş əldə edən kupenin ön oxunu bir qədər irəli buraxıblar, nəticədə qabaq dirəklərdən təkərin mərkəzinə qədər məsafə artıb. Bentley Continental GT-nin kuzovu tamamilə alüminiumdan hazırlanıb, yalnız baqajın qapağı kompozit materialındandır. Bunun sayəsində avtomobil əvvəlki modelə nisbətən 85 kq yüngülləşib. Hər halda çəki yenə də çox səslənir – 2252 kq. Bütün hərəkətli arsenallar Porschedən keçib: aktiv stabilzatorları qidalandıran 48 voltluq enerji sistemi və adaptiv pnevmatik asma. Salon kifayət qədər dəyişib. İnteryerdə ən maraqlı detal 12,3 düymlük fırlanan ekrandır. Rəqəmsal alətlər paneli tamamilə sürücünün ixtiyarına verilib. Bentley mühəndisləri ənənələrinə sadiq qalıblar - interyerdə alüminium, ağac və ən yaxşı dəri materiallarından istifadə edərək yüksək keyfiyyətli işləmələr ortaya çıxarıblar. Müştərilər belə bir Bentley Continental GT-yə 2018-ci ilin ikinci rübündən tez qovuşa bilməyəcəklər.