Seat markası Cupra adlı subbrend yaradır. İspanlar bu ad altında nəinki Leon Cupra R, hətta bir sıra yeni modellər istehsal etməyi planlaşdırırlar. Ancaq bu, o demək deyil ki, Seat gücləndirilmiş avtomobillərini bu brend ilə satacaq. Söhbət tamamilə yeni subbrenddən gedir. Hazırda Cupra adı ən güclü və ən sürətli Seatlara verilir. Bu barədə Frankfurt avtoşousu çərçivəsində markanın rəhbəri Luka De Meo bəyanat yayıb. O, hesab edir ki, bu istiqamətdə inkişaf üçün potensial var. “Əvvəllər Seat özünə yetərli qədər iş görürdü, amma indi Cupra sayəsində daha da irəli getmək imkanımız yaranıb” deyə Seat rəhbəri fikrini izah etməyə çalışıb. Yeri gəlmişkən, bu yaxınlarda patent orqanlarında Cupra üçün yeni loqotip qeydiyyatdan keçirilib.
- Baxış: 302