Spike Aerospace adlı ABŞ şirkəti səsdən sürətli perspektivli sərnişin təyyarəsi işləyib hazırlayıb. S-512 hələ bir neçə sınaqdan keçməlidir. Testlər təyyarənin texniki düzgünlüyünü yoxlayacaq. Mütəxəssislər həm də təyyarənin səsdən sürətli uçan zaman çıxaracağı səsin nə qədər olacağını aydınlaşdırmaq istəyirlər. Maksimal sürəti 1600 km/saat olan prototip 22 sərnişin daşıya və ən uzağı 11,5 min kilometr məsafə qət edə bilər. Spike Aerospace, S-512 təyyarəsini 2023-cü ildə sifarişə hazır edəcək. Səsdən sürətli sərnişin laynerlərinin hazırlanması ideyası ötən əsr Sovetlər İttifaqı və Böyük Britaniyada olub. Lakin bu cür təyyarələrin yüksək məsrəfli olması səbəbindən istehsal dayandırılıb.
- Baxış: 438