• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1719
— 05.10.2017 10:41

GoPro Hero 6 Black adlı əkşn-kamera təqdim olundu

Amerikanın GoPro şirkəti Hero 5 Black modelindən bir sıra özəllikləri ilə seçilən Hero 6 Black əkşn-kamera təqdim edib. Yeni kameranı xarici görünüşcə sələfindən ayırmaq çətindir. O da iki düymlük sensor ekran, korpusu suyun 10 metr dərinliyinə qədər qoruyan qurğu, GPS-modul, səs əmrlərini dəstəkləyən idarəetmə, eləcə də fotoları və videoları emal edən, sonda paylaşan proqramla təmin olunub. Hero 6 Black əvvəlkindən daha keyfiyyətli şəkil və video çəkir. Məsələn, kamera görüntüləri saniyədə 60 kadr tezliklə 4K formatında qeydə alır və yavaşıdılmış çəkiliş sahəsində geniş imkanlara malikdir. 2,7K formatında o, saniyədə 120 kadr, FullHD-də isə 240 k/san çəkir. Foto-şəkillərə gəldikdə, Hero 6 Black JPG və ya RAW formatında 12 Mp genişliyində çəkilişlər edir. GoPronun yeni kamerası bütün bu təkmilləşmələrinə görə Socionext şirkətinin istehsalı olan GP1 prosessoruna borcludur. GoPro Hero 6 Black-in ABŞ-da satışları artıq başlayıb. Qiymət isə GoPro Hero 5-dən 100 dollar çoxdur: 499 dollar.