• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1391
— 04.10.2017 17:58

Gəncə şəhərində Nizami Gəncəvinin məqbərəsinin yanından qumbara tapılıb

KepezTV Player

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minadan Təmizlənməsi üzrə Agentliyin Mətbuat xidmətindən məlumat verilib. Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində Nizami Gəncəvinin məqbərəsinin yaxınlığında partlamamış hərbi sursatın olması barədə informasiya daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar edilib. Qumbara götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Zülfiyyə Telmanqızı