• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2065
— 04.10.2017 13:41

“Kəpəz” ilk dövrədə özünə bənzəmədi

KepezTV Player

Azərbaycan futbolunun elitasında təmsil olunan yeganə qərb klubu olan “Kəpəz” çempionatın ilk dövrəsində zəif çıxışı ilə yadda qalıb. Əvvəlki iki mövsümlə müqayisədə Nizami yurdunun təmsilçisi üçün Premyer Liqanın startı uğursuz alınıb.

Geridə qalan 7 oyundan sonra “sarı-göylər” turnir cədvəlinin sonuncusudur. “Kəpəz”in “Neftçi” ilə balansı eyni olsa da, gəncəlilər top fərqinə görə 4 xalla 8-ci pillədə qərarlaşıblar. Gəncə klubu 1 oyunda heç-heçə edərək 5 görüşdə uduzub və cəmi 1 dəfə qələbə qazanıb.

Cari mövsümdə daha çox oynamaq şans əldə edən Tural Rzayev start heyətinin daimi üzvünə çevirilib. Hücumçu son 4 matçda ilk “11-lik”də yer alıb.

Gəncə şəhər stadionunun əsas meydançası bir müddətdir ki, yeniləndiyindən “Kəpəz” doğma publika önündə çıxış edə bilmir. Meydança amilinə görə komanda ilk dövrədə bütün görüşlərini Nizami yurdundan kənarda oynamağa məcbur olub.

Gəncə futbol məktəbinin yetirməsi olan Tural Rzayev 3-cü mövsümdür ki, “Kəpəz”in uğurları üçün çalışır. 24 yaşlı futbolçu titullar qazanıb adını doğma klubunun şərəf lövhəsinə yazdırmaq fikrindədir.   

 

Azad Rəfi