• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1523
— 04.10.2017 11:41

Goranboyda çağırışçı gənclər orduya təntənə ilə yola salınıb

KepezTV Player

Goranboyda çağırış yaşı çatan şəxslər həqiqi hərbi ximdətə yola salınıb. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən gənclər ulu öndərin adını daşıyan mərkəzdə Heydər Əliyevin çoxşaxəli fəaliyyəti əks olunan fotostendlərlə tanış olublar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin rəisi Nadir Şibiyev dövlətin ordu quruculuğuna diqqətindən söz açaraq 2016-cı ilin aprel döyüşlərinin bunun məntiqi nəticəsi kimi qiymətləndirib. Silahlı Qüvvələrimizin düşmənə sarsıdıcı zərbə endirməsinin ruh yüksəkliyi yaratdığı çıxışlarda da vurğulanıb. Goranboyun Qarabağ savaşında 288 şəhid verdiyi, onlardan 9-nun Milli Qəhrəman adına layiq görüldüyü diqqətə çatdırılıb. Son illər 47 rayon gəncinin ali hərbi məktəbə qəbul olduğu da önə şəkilib. Xoş ovqat yaradan bədii hissədən sonra çağırışçılar dövlət bayrağını öpərək avtobuslarla hərbi hissələrə yola slaınıb.

Hüseyn Həsənov – valideyn: “Mən bu gün fəxr ediəm ki oğlum hərbi xidmətə gedir. Torpaqlarımızın azadlığı uğrunda oğlumda özümdə hazıram. Özüm keçmiş döyüşçü olmuşam. Bir veteran kimi özümdə söz verirəm oğlumda bunu sübut edəcək ki torpaqlarımızın qaytarılması uğrunda var qüvvəmizi səfərbər edəcəyik”.

Abbasəli İsayev – çağırışçı: “Yəni hansı hərbi hissəyə düşməyimdən asılı olmayaraq hər bir cəhətdən öz dövlətimə və millətimə xidmət etməyə hazıram. Borcumu layiqincə yerinə yetirəcəyimə söz verirəm”.

 

Natiq Hüseyn