• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 04.10.2017 10:03

Güc, ehtiras və dinamiklik ətri verən Kia konsepti

Koreyalılar Avropanın ən önəmli avtosalonlarından birinə Proceed adlı prototip gətiriblər. Bu görkəm yeni modelin inkişaf perspektivini ortaya qoyur. Kia cee'd model ailəsinin gələcəkdə yeni tip kuzovu əldə edəcəyi istisna olunmur. Yaradıcılar öz əl işlərini “uzadılmış və gücləndirilmiş heçbek” adlandırsalar da, o daha çox inkişaf etdirilmiş bamperləri, əzələli təkər tağları və 20 düymlük diskləri olan idmansayağı universala oxşayır. Konseptin özəllikləri tənzimlənən qapı tutqacları və yan şüşələrinin işıqlandırılmasıdır. Proceed-in içərisi də ekstravaqant alınıb. Rəqəmsal alətlər paneli, multimedia sistemi və əlavə funksiyalı idarəetmə klavişlərindən başqa, salonda aromatik maye saxlanılan 3 ədəd şüşə qab da var. Bu ətirlər güc, ehtiras və dinamikliyin simvolu hesab olunur. Kia Proceed avtomobilinin güc sistemi barədə məlumat verilmir. Əlqərəz bu layihənin yaxın iki ildə cee'd modelini əvəzləyəcəyi gözlənilir.

 

Cavanşir Məmmədzadə