• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1518
— 03.10.2017 15:28

Göygöl meşələrinə nəzarət gücləndirilib

KepezTV Player

Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi havaların soyuması ilə əlaqədar meşələrə qanunsuz müdaxilələrin qarşısını almaq üçün əraziyə nəzarəti gücləndirib.  Meşəətrafı bəzi kəndlərdə mavi yanacağın olmaması meşə massivinə qanunsuz müdaxilə hallarının baş verməsinə səbəb olur. Bu məqsədlə müəsisənin meşə gözətçiləri ərazidə 24 saat fasiləsiz nəzarət həyata keçirir. Bununla yanaşı kəndlilərə məxsus mal-qaranın mühafizə olunan yaşıllıq zolağına ziyan verməməsi üçün meşə massivinin yaşayış məntəqələrinə yaxın ərazilərinə bu il 4 kilometrdən artıq çəpər çəkilib, 15 mindən artıq meyvə ağacları əkilib. Həmçinin qış mövsümü ərzində yanacaq vasitəsi kimi odundan istifadə edən əhaliyə, müəsisə və təşkilatlara satış məqsədi ilə 1000 kub metr odun tədarük edilib. 11 min 496 hektar ərazini əhatə edən Göygöl və Hacıkənd meşəliyi ölkənin ən qiymətli meşələrindən hesab edilir.

Valəddin Baxşəliyev Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin mühafizə mühəndisi:Ərazidə müəsisənin əməkdaşları tərəfindən vaxtlı-vaxtında gecə-gündüz fərq etmədən mühafizə həyata keçirilir. Bundan əlavə əhaliyə və müəsisə, təşkilatlara əvvəlcədən odun tədarükü proqnozlaşdırılmışdır. Bu odunlarda hansı ki, xəstə ağaclardan və tör-töküntülərdən ibarətdir. Bununda demək olar ki, 70 faizi satılmışdır.