• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 741
— 02.10.2017 12:36

Millimiz İslandiyayla üz-üzə

17 yaşadək qızlar arasında futbol üzrə Avropa çempionatının seçmə mərhələsinə start verilib. Azərbaycanda təşkil olunan 3-cü qrupun oyunları bu gün başlayacaq. Bakı Olimpiya Stadionunun ikinci meydançasında keçiriləcək ilk tura İspaniya və Monteneqro yığmalarının görüşü ilə start veriləcək. Azərbaycan millisi isə saat 17:00-da başlayacaq qarşılaşmada İslandiya ilə görüşəcək.

 

17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsi

III qrup, I tur

2 oktyabr

 

13:00. İspaniya – Monteneqro

Hakim: Lüsi Sulçova (Çexiya)

Bakı Olimpiya Stadionu. 2-ci meydança

 

17:00. Azərbaycan – İslandiya

Hakim: Hristina Quteva (Bolqarıstan)

Bakı Olimpiya Stadionu. 2-ci meydança

 

Orxan Cəfərzadə