• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1247
— 02.10.2017 12:34

Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatına yekun vurulub.

Turnirin son günündə yarışın qalibi və üçüncü yerin sahibi bəlli olub. İlk olaraq bürünc medallar öz sahibini tapıb. Azərbaycan və Türkiyə millisinin üz-üzə gəldiyi görüşdə “ay-ulduzlular” 3:1 hesabıyla qalib gələrək qitə birinciliyini 3-cü sırada tamamlaylblar.

Finalda isə Hollandiya və Serbiya dueli yaşanıb. Bu komandalar D qrupunda  da 1 dəfə qarşılaşmışdılar. Qrupda olduğu kimi finalda da rəqibinə şans verməyən serblər 3:1 hesabı ilə qalib gəlməklə ikinci dəfə Avropa çempionu tituluna yiyələniblər.

 

Avro – 2017

1 oktyabr

 

Bürünc medal uğrunda oyun

Azərbaycan – Türkiyə - 1:3 (25:22, 21:25, 14:25, 8:25)

 

Final

Hollandiya – Serbiya - 1:3 (20:25, 22:25, 25:18, 18:25)

Hakimlər: Yura Mokri (Slovakiya), Eldar Zülfüqarov (Azərbaycan)

 

 

Orxan Cəfərzadə