• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1175
— 02.10.2017 14:03

Gəncə şəhər stadionunun meydançası təftiş olundu

KepezTV Player

Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi prosesi yekunlaşmaq üzrədir. İşlər tamamlanmaq mərhələsində olduğundan qazon yoxlamadan keçirilib.

Bunun üçün arenada işləri həyata keçirən SİS şirkətinin əməkdaşları Gəncəyə təşrif buyurublar. Sirkətin portuqaliyalı və türkiyəli mütəxəsisləri vəziyyətlə yerindəcə tanış olublar. Xüsusi texniki cihazlar vasitəsi ilə sahəyə baxış keçirilib, müvafiq qeydiyyatlar aparılıb. Meydançanın stabilliyinə, qazonun sərtliyinə nəzər salınıb, ot örtüyünün keyfiyyətinə baxılıb.

Karlos Reyis, SİS şirkətinin meydançalara baxım işləri üzrə direktoru “Bu, test yoxlamasıdır. Deyə bilərəm ki, meydança sınaqdan uğurla keçdi. Vəziyyət yaxşıdır. Gəncədəki bu meydança Avropa stadionlarında olduğu kimi salınıb. Keyfiyyət eynidir. Qazonun hazırlanmasında görülən işlər, spesifik xüsusiyyətlər, texniki göstəricilər dünya çempionatına ev sahibliyi edəcək Rusiyada saldığımız 6 meydançadan heç də fərqlənmir. Hətta deyərdim ki, burada ot örtüyünün şəraiti daha yaxşıdır. Stadionun ətrafı açıq olduğu üçün havalandırması əladır. Bu da arenanın üstünlüyüdür”.

"Kəpəz"in ev oyunlarını keçirdiyi arenanın müasir standartlara cavab verən yeni ot örtüyü yaxın müddət ərzində təhvil veriləcək. Xatırladaq ki, may ayının əvvəlindən başlanan işlər AFFA-nın maliyyə dəstəyi ilə aparılır.

Azad Rəfi