KepezTV Player
Könüllülərdən qan şəhərin iki məntəqəsində “İmamzadə” kompleksində və Mərkəzi Qan Bankının Gəncə bölməsində götürülüb. Qan vermək istəyən hər kəsin əvvəl arterial təziqi və qanından olan hemoqlobinin miqdarı yoxlanılıb. Sağlamlığında problem olmayan və 18 yaşıdan yuxarı şəxslər qan verə bilib. Aksiyasiyada Gəncə və ətraf rayonlardan ümumilikdə 300-ə yaxın sakin iştirak edib. Onların hər birindən təqribən 250-300 qram arası qan götürülüb. Tədarük olunan qan Mərkəzi Qan Bankının Gəncə bölməsində qeydiyyatda olan talassemiya və hemofiliya xəstələri üçün istifadə olunacaq.
- Baxış: 614