• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 973
— 02.10.2017 12:29

Xeyli miqdarda narkotik dövriyyədən çıxarılıb

KepezTV Player

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Fariz Səfərovdan 2 kiloqram 412,51 qram marixuana, Cəlilabad RPŞ-nin əməkdaşları şəhər sakini Həmid Sadıqovdan 0,701 qram, yaşadığı evə baxış zamanı isə 1 kiloqram 475 qram tiryək, aşkar edərək götürüblər. Daxil olan məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax RPŞ-nin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Əliyevin Xanlıqlar kəndi ərazisində gözətçi işlədiyi və yaşadığı kafedəki otağına baxış zamanı oradan 2 kiloqram 503 qram marixuana, habelə Ağstafa çayının sahilində kultivasiya yolu ilə yetişdirdiyi 14 ədəd çətənə kolu, Goranboy RPŞ-nin əməkdaşları Xoylu kənd sakini Seyrəddin Əliyevin evinə baxış zamanı 87 ədəd çətənə kolu aşkar edərək götürüblər.

 

Zülfiyyə Telmanqızı