• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 718
— 02.10.2017 13:30

3 nəfər həyatını itirdi, 4 nəfər yaralandı

KepezTV Player

Şamaxıda ölümlə nəticələnən dəhşətli qəza baş verib. Hadisə bu gün saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 46 yaşlı Elman Cəbiyev, onun 18 yaşlı qızı Nigar Hüseynova və Ağsu rayonu Kəndoba kənd sakini,41 yaşlı Teymur Soltiyev ölüb. Bakı sakini, 44 yaşlı Gülnarə Hüseynova, Ağsu rayon sakinləri – 52 yaşlı İlqar İbrahimov, 44 yaşlı Elşən Babayev və 39 yaşlı Cavid Babayev ağır bədən xəsarətləri alaraq Şamaxı MRX-na yerləşdirilib.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

 

Zülfiyyə Telmanqızı