BMW markasının yeni konpseptində tətbiq edilən dizayn X7 ofroudu üçün nəzərdə tutulub. Prototip hibrid statusu daşısa da, istehsalatdan ənənəvi benzin və dizel motorlarla çıxarılacaq. BMW X7-nin uzunluğu 5,2 metrdən də çoxdur, fonda iri 23 düymlük disklər də vahiməli görsənir. Konsept növbəti dizayner eksperimentinə çevrilib. Ön hissə Bavariya markası üçün qeyri-adi alınıb. Ancaq interyer dizayn baxımından daha mühafizəkar və lakonikdir, nəinki kuzov. Burada ən önəmli yenilik kimi panoram dam və adi olmayan sükan çarxıdır. 6 nəfərlik salonun ikinci cərgəsində sərnişinlər üçün jestlərlə idarə olunan əyləncəli informasiya sistemi quraşdırılıb. Mərkəzi konsol BMW xarakterinə uyğun olaraq sürücü istiqamətindədir. “Fiziki” alətlər panelinin əvəzinə 12,3 düymlük rəqəmsal displey bərkidilib. iPerformance sistemi maşına hibrid işə düşməyə imkan verir. Daxili yanma mühərriki rolunda iki turbinli benzin motor çıxış edir.
Cavanşir Məmmədzadə
- Baxış: 399