• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 767
— 02.10.2017 10:02

3G-ni dəstəkləyən yeni Nokia 3310 təqdim olundu

Nokia brendinə sahiblənən Finlandiyanın HMD Global şirkəti Nokia 3310 mobil telefonunun təkmilləşmiş versiyasını hazırlayıb. O, indi 3G-ni də dəstəkləyir. Bu xəbərin orijinal Nokia 3310 pərstişkarlarını sevindirəcəyi gözlənilir. Bundan başqa, telefon indi ABŞ və güman ki, Kanadada da peyda olacaq. Xatırlatmaq yerinə düşər ki, məşhur mobil telefon fevral ayında bir sıra özəllikləri ilə yenidən təqdim olunmuşdu. Belə ki, yeni 3310 incə və yüngül alınıb, 2,4 düymlük rəngli ekran, 2 Mp kamera və microSD kartı üçün dəlik qazanıb. Nokia 3310 3G-nin satışları isə oktyabrın ortalarından Avstraliyada start götürəcək. Onu daha sonra digər ölkələrdə də görmək mümkün olacaq. Qiymət 69 avrodur.

 

Cavanşir Məmmədzadə