• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1299
— 01.10.2017 15:17

Gəncə Dövlət Kukla Teatrının direktoru vəfat edib

Gəncə Dövlət Kukla Teatrının direktoru vəfat edib. Bayram Fətəliyev dünən axşam oğlu ilə yolda gedərkən qəfil halı pisləşib. O, dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Göstərilən ilkin tibbi yardıma baxmayaraq, Bayram Fətəliyev elə xəstəxanada dünyasını dəyişib. Onun ürək-damar xəstəliyindən əziyyət çəkdiyi və bu səbəbdən də dünyasını dəyişdiyi bildirilib. O, bu gün Gəncə “İmamzadə” Dini-Memarlıq Kompleksindəki məzarlıqda torpağa tapşırılıb. 15 yanvar 1959-cu ildə Gəncədə dünyaya gələn Bayram Fətəliyev, 1991-ci ildən Gəncə Dövlət Kukla Teatrına rəhbərlik edirdi.

Gülnar Fazilqızı