Gəncədə zirzəmidə köməksiz vəziyyətdə qalan uşaq xilas edilib. FHN-nin saytına istinadən verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər azyaşlı zirzəmidə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Gəncə Regional Mərkəzinin xilasediciləri qapını açıb və uşaqı aidiyyəti üzrə təhvil veriblər.
- Baxış: 532