Arıçılığın inkişafı və bu sahədə olan problemlər Gədəbəyli təsərrüfatçılarla müzakirə olunub. Ağıllı fermer lahiyəsi çərçivəsində respublikanın əsas arıçılıq rayonlarından hesab olunan Gədəbəydə fermerlərə arıçılığın inkişafında innovativ və müasir komunikasiya texnalogiyalarının tətbiqi ilə bağlı seminar keçirilib. 50 yaxın arıçının qatıldığı təlimdə həmçinin müxtəlif arı xəstəliklərinin yeni üsullarla qarşısının alınması və müasir dərman pereparatlarının istifadə ilə bağlı məlumatlar verilib. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Lahiyə çərçivəsində daha öncə Göygöl, Samux və Şəmkir rayonlarında kənd təsərrüfatının müxtəlif sahələri üzrə təlimlər həyata keçirilib.
Sübhan Vəliyev GABA-nın koordinatoru: Arıçılar üçün yeni texnalogiyalardan biridə tərəzilərdir. Bu tərəzilərin üzərinə arı yeşikləri qoyulur və bu tərəzilərdən məlumat alınır ki, gündəlik olaraq arı nəqədər məhsul gətirir. Bunun özü arıçılıqda tətbiq olunan yeni texnalogiyadı.
Fuad Qasımov fermer: Belə tədbirlərin çox olmasını arzulayıram. Bu kimi tədbirlər bizə, öz sahəmizdə, arıçılıq sahəsində yeni uğurlar qazandırmağa, dahada irəli getmək üçün stimul verir.
- Baxış: 934