• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2492
— 30.09.2017 12:52

Gəncədə qanvermə aksiyası olacaq

KepezTV Player

Sabah Gəncədə iki məntəqədə qanvermə aksiyası təşkil olunacaq. Aşura günü ilə əlaqədar olaraq İmamzadə Dini Kompleksinin həyətində və Mərkəzi Qan Bankının Gəncə bölməsində tibbi briqadalar donor olmaq istəyənlərdən qan götürəcək. Şəhər Səhiyyə İdarəsinin 11 həkim briqadası, eləcə də 32 təcili tibbi yardım avtomobili də əhalinin xidmətində olacaq. Oktyabrın 1-i Gəncə şəhər Baş Polis İdarəsi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək və şəxsi heyətin 400-dən artıq əməkdaşı ictimai asayışın qorunmasına cəlb olunacaq. Gəncədə şəhər fəallarının toplantısında mərasimlərin 3 məscid və İmamzadə Dini Kompleksində keçiriləcəyi və əhalinin İmamzadəni ziyarət etməsi üçün 30 avtobusun ayrıldığı vurğulanıb.

Elnur Rzayev