• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1520
— 30.09.2017 12:31

Yol polisi Samuxda açıq dərs keçib

KepezTV Player

Samuxda məktəblilər yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirici açıq dərsdə iştirak edib. Respublikada keçirilən "Diqqət, uşaqlar!" təhlükəsizlik aylığı çərçivəsində baş tutan dərs zamanı şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişləri aşılanıb, onlarla "Yol hərəkəti haqqında" Qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb. Bununla yanaşı, şagirdlərə tütün məmulatları və spirtli içkilərdən istifadə və sairə  kimi zərərli vərdişlərdən uzaq olmaları tövsiyə edilib. Açıq dərsin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsidir.

Azər Mehtiyev baş inspektor: Yol hərəkəti ilə bağlı şagirdlər marifləndirildi. Müəyən tövsiyyələr verildi. Yolu keçərkən diqqətli olmaları nəzərlərinə bir daha çatdırıldı. Bu kimi tədbirlər ay ərzində digər məktəblərdə də davam etdiriləcək.

Natiq Hüseyn