KepezTV Player
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Samux rayonunda vətəndaşların qəbulunu keçirib. Qəbulda Gəncə şəhərinin, Samux, Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak ediblər. Qəbul edilən vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıq verilib. Kadr və digər məsələlərlə bağlı müraciət edən vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq qurumlarının rəhbərliyi tərəfindən qəbul edilib.
Natiq Hüseyn
- Baxış: 979