Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə partiyanın Samux rayon təşkilatında silsilə tədbirlər keçirilir. Növbəti belə tədbir Sərkar kənd ərazi ilk partiya təşkilatında reallaşıb. 1993-cü ildə yaradılan Partiyanın Samux rayon təşkilatı o vaxtlar Sərkar kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsində 200-ə üzvü əhatə edib. Hazırda ərazi ilk partiya təşkilatlarının sayı 82-ə, üzvlərin sayı isə 6000-ə çatıb. Təkcə Sərkar kəndində partiyanın 300-ə qədər fəalı var. Partiya fəallarından 1692-si nəfəri son beş ildə süyasi qurumun sıralarına qəbul olunanlardır. Rayonda YAP üzvlərinin 31,9 faizını gənclər, 57,1 faizını isə qadınlar təşkil edir. Çıxışlarda Yeni Azərbaycan Partiyasının yaradıcısı və memarı ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, ümummilli liderin layiqli davamçısı prezident İlham Əliyevin Samuxa səfərlərindən geniş söhbət açılıb. Tədbir konsert proqramı ilə davam edib.
Şəmistan Yusifov YAP Samux rayon təşkilatının sədr müavini Partiyamızın lideri möhtərəm cənab prezidentimiz İlham Əliyevin rayonumuza hər səfəri toy bayram olub. Mən bir rayon sakini kimi partiya fəalı kimi xüsusi qeyd etmək istəyirəm ki ölkə prezidentinin hər səfərində sosial və iqtisadi məsələlərlə dərindən maraqlanıb və bu sahələrin inkişafı üçün maliyyə vəsaitləri ayırıb. Buda öz nəticəsini təbii ki göstərib. Rayonumuzda minlərlə yeni iş yeri açılıb. Bütün infrastruktur yenilənib.
Natiq Hüseyn
- Baxış: 1532