KepezTV Player
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə Mərdəkan və Şüvəlan qəsəbələri ərazisində 6 həyətyanı sahədən velosipedlərin oğurlanması barədə müraciət daxil olub. Yaradılan əməliyyat qrupu dərhal tədbirlərə başlayıb və tezliklə şübhəlilər müəyyən edilib. Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əmrah Nağıyev və Zərqələm Ələkbərov saxlanılaraq Polis Bölməsinə gətiriliblər. Hər iki şəxs törətdikləri əməli etiraf ediblər. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 865