Bakının Binəqədi rayonunda, Goradil bağları adlanan yaşayış massivində qanlı hadisə baş verib. Azər Cəlilov qonşusu 50 yaşlı Kifayət Quliyevlə yeyib içən zaman aralarında mübahisə düşüb. Bu zaman Azər Cəlilov Kifayət Quliyevaya çoxsaylı xəsarətlər yetirib. Daha sonra o, qdının evinə aparıb. Bu dəfə isə Cəlilovla bacısı arasında dava düşüb. Sərxoş olan Azər 38 yaşlı bacısı Azru Cəlilovanı da döyüb. Hər iki yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib.Müayinə zamanı həkimlər Kifayət Quliyevanın kəllə-beyin travması aldığını və burnunun sındığını müəyyən ediblər. Azru Cəlilovanın vəziyyəti isə qənaətbəxş olub. Hadisə barədə Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinə məlumat verilib. Fakt araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 591