• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1414
— 29.09.2017 12:42

Azərbaycanlının da yaralandığı mafiya əməliyyatının üstü açıldı

KepezTV Player

Ötən həftə İstanbulun Sultanqazi məhəlləsində türk vətəndaşının öldüyü, azərbaycanlının isə yaralandığı silahlı basqının iştirakçıları yaxalanıb. İnsident bir müddət birlikdə narkotik ticarəti ilə məşğul olub daha sonra pulu aralarında bölə bilməyən və bir-birinə düşmən olan mafiya üzvləri arasında baş verib. Məlumata görə, sentyabrın 23-də Sultanqazinin Uğur Mumcu küçəsində yerləşən avtoparklardan birindən avtomobili ilə çıxmağa çalışan Orhan Açıkgöz və onun yanında olan azərbaycanlı Arif Məmmədova başqa bir avtomobildən atəş açılıb, adı bir çox cinayətdə hallanan Orhan Açıkgöz hadisə yerində ölüb, Arif Məmmədov isə ağır yaralanıb. Aparılan əməluiyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən 4 nəfər tutularaq istintaqa cəlb olunub.

 

Zülfiyyə Telmanqızı